Dünyanın ən gözəl qızı seçildi FOTOLAR

17 Dekabr, 2018 09:24 | Həyat Tərzi | Baxış sayı: 190
Katriona Qrey
Katriona Qrey

24 yaşlı gözəl əsas tacın sahibi olub

Taylandda 2018-ci ilin "Kainat gözəli"nin adı bəlli olub. İstiPress-in məlumatına görə, Bankonqda keçirilən müsabiqənin qalibi fillipinli -  Katriona Qrey olub. 

Qalibin tacını 2017-ci ildə ABŞ-da keçirilən "Kainat gözəli" müsabiqəsinin Cənubi Afrika Respublikasından olan qalibi Demi-Li Nel-Piters təqdim edib.

İkinci yerdə Cənubi Afrika nümayəndəsi Tamarin Green, üçüncü də isə venesuellalı Stefani Gutierrez qərarlaşıb.

24 yaşlı Qrey "Love Yourself" təşkilarında HİV və QİÇS-lə mübarizə yolları üzərində iş aparır, könüllü kimi "Young Focus" qeyri-kommersiya təşkilatında fəaliyyət göstərir.