Onkoloji xəstəliklərin 90 faizinin səbəbi

17 İyul, 2019 12:22 | Həyat Tərzi | Baxış sayı: 185
Siqaret
Siqaret

Bu, xərçəng riskini 5 dəfə artırır

Dünyada hər il milyonlarla insanın ölümünə səbəb olan onkoloji xəstəliklərin 90 faizinin səbəbi açıqlanıb. "Rospotrebnadzor"un məlumatına görə, buna yol açan əsas vərdiş siqaret çəkməkdir.

Xərçənglə yanaşı siqaret bronxit, damar xəstəlikləri, sonsuzluq riskini də dəfələrlə artırır. 

15 yaşından siqaret çəkməyə başlayan insanlarda xərçəng riski 25 yaşdan sonra bu vərdişə yiyələnlərlə müqayisədə 5 dəfə daha yüksək olur. Siqaret insan ömrünü 20-25 ilə kimi azaldır. 

Lakin 30-35 yaşda siqareti atanlarda orta ömür göstərici ondan heç istifadə etməyənlərlə təqribən eynidir.