Ramazanda ağzınızdan pis iy gəlməsin FOTO

17 May, 2018 13:35 | Həyat Tərzi | Baxış sayı: 504
Limon suyu
Limon suyu

Kompleksdən qurtulmağın sadə yolu

Ağız qoxusu və ya nəfəsdən pis iyin gəlməsi hər yaşda insanın qarşılaşa biləcəyi ciddi problemdir. Xüsusi ilə Ramazan ayında saatlarla ac və susuz qalmaq ağız qoxusu ilə bağlı narahatlığa səbəb ola bilər. İstiPress-in məlumatına görə, bu problem sosial həyat, özəl yaşam, hətta intimliyə qədər bir çox sahədə problem yarada bilir. Bəs bunun qarşısını necə almaq olar? Sadə və təbii yollarla....

1 yemək qaşığı soda, 1 qaşıq bal, 1/2 yemək qaşığı darçın, 1 stəkan isti su və 2 limonun suyu bir qabda qarışdırın. Bu qarışımdan qarqara kimi istifadə edin. Ehtiyac yarananda iki dəfə bu qarışım ilə ağzınızı yaxalamaq sizi xoşagəlməz hala düşməkdən xilas edəcək.

Limon nəfəsi təravətləndirir, darçın antibakterialdır, soda isə təmizləmə xüsusiyyətinə malikdir. Bunun üçün də qarqara üçün hazırlanan bu qarışım ağız gigiyenası üçün mükəmməldir.

İmsaqdan sonra nanə, cəfəri, mixək, darçın və ya yaşıl çayın yarpağını çeynəyin.

Suya bir neçə damla limon suyu əlavə edərək qarqara edin. 

Mixək
Mixək

Pis qoxudan azad olmaq üçün dişlərinizi bir neçə dəfə fırçalamaqla yanaşı, diş sapından istifadə edin. Fırçanı azı 3 aydan bir dəyişin. Dişləri 6 aydan bir təmizlədin. Dilinizi də fırçalamağı unutmayın. Şəkərsiz saqqız çeynəyin, bol su için.

Diş fırçası
Diş fırçası
Limon suyu
Limon suyu