Ramazan ayı başladı

17 May, 2018 07:50 | Həyat Tərzi | Baxış sayı: 576
Ramazan
Ramazan

İlk günün duası, imsaq və iftar vaxtı

Müqəddəs Ramazan ayı başlayıb. Bu gün dünyanaın bir çox ölkəsində müsəlmanlar ilk oruclarını tutublar. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının fətvasına əsasən, Azərbayacanda da Ramazan ayının 1-i Miladi tarixlə may ayının 17-nə təsadüf edir.

Bu gün imsaq 03:41-də olub. İftar isə 20:07-də olacaq. 

İnşallah, Eydül-Fitr – Ramazan bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq iyunun 15-nə təsadüf edəcək.

İlk Əhya gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecədir. Bu da iyunun 3-nə təsadüf edəcək. İkinci Əhya gecəsi Ramazan ayının 20-dən 21-nə keçən gecə olacaq ki, bu da iyunun 5-nə təsadüf edir. Üçüncü Əhya gecəsi iyunun 7-də (Ramazan ayının 22-dən 23-nə keçən gecə), sonuncu Əhya gecəsi isə iyunun 11-də (Ramazan ayının 26-dan 27-nə keçən gecə) olacaq. 

Ramazan ayı bu müsəlman ölkələrində mayın 17-də başlayıb:
Azərbaycan
Əfqanıstan
Bəhreyn
Misir
İndoneziya
İraq
İran
İordaniya
Qazaxıstan
Küveyt
Qırğızıstan
Livan
Liviya
Oman
Qətər
Səudiyyə Ərəbistanı
Suriya
Tacikistan
Türkmənistan
Özbəkistan
Yəmən
Rusiya Federasiyasının müsəlman əhalisi olan subyektləri, o cümlədən, Dağıstan, Çeçenistan, Tatarıstan və s.

Bu müsəlman ölkələrində isə Ramazan ayı mayın 16-da başlayıb:

Türkiyə