Bu da "iPhone"nun yeni görünüşü FOTOLAR

17 Aprel, 2018 12:01 | Həyat Tərzi | Baxış sayı: 117
"iPhone"
"iPhone"

"Apple" təsdiqlədi

Hər il müştərilərini yenilikləri ilə sevindirən "Apple" "iPhone X"in yeni modeli üzərində işləyir. İstiPress-in məlumatına görə, hələlik rəsmi açıqlama verilməsə də, "iPhone X"in qızılı rəngli modeli olan "iPhone X Gold"un görüntüsü internetə sızdırılıb. 

Məlumata görə, şirkət eyni model telefonun fərqli rənglərini müştərilərinə təqdim etmək niyyətindədir. Yeni "Gold"un eksran ətrafı qara rəngdə olacaq. 

"iPhone 8"in qızılı rəngi isə ağ rənglə kombin ediləcək. 

Düzü paylaşılan bu fotolar heç kimə inandırıcı gəlməsə də, "Apple" artıq rəng seçiminin yayılan görüntülərdəki kimi olacağını açıqlayıb. 

Xatırladaq ki, bir müddət öncə "Apple" "iPhone 8" və "iPhone 8 Plus"un qırmızı rənglərini təqdim etmişdi.