Bu da intihar maşını - içinə girirsən və...

17 Aprel, 2018 14:55 | Həyat Tərzi | Baxış sayı: 151
"Sarco"
"Sarco"

Dünyanın ilk intihar kapsulu Amsterdamda ola bilər

Hollandiyada intihar üçün kapsulalar hazırlanır. İstiPress-in məlumatına görə, artıq ilk belə kapsul Amsterdamda təqdim edilib.

Qurğu "Sarco" adlanır. O, gələcəyin kosmos aparatları formasında dizayn edilib. Kapsulu uzun illərdir eftanaziyanın qanuniləşdirilməsinə çalışan fəal Filip Niçke və dizayner Aleksandr Bannink hazırlayıb. 

Müəlliflərin sözlərinə görə, bu balaca qurğu həyatdan getmək istəyənlərə bunu ağrı-acısız etməyə imkan verəcək. "Burada adam yüngül baş gicəllənməsi hiss edəcək. Sonra dərhal huşunu itirəcək və öləcək". Kabinaya asta-asta qaz buraxılır və insan rahat şəkildə əbədi yuxuya gedir. 

Amsterdamda keçirilən sərgidə qurğunun maketi təqdim edilib.Lakin istəyən xüsusi eynək taxaraq virtual olaraq özünü onun içində hiss edir və kapsulu "sınaqdan" keçirə bilir. İndi gənclər ilin sonuna kimi bu kapsulun maketi əsasənda onun əslini yaratmağa çalışacaqlar.