Sümükləri gücləndirir, xərçənglə savaşır, ürəyi qoruyur - Bilirsinizmi?

17 Fevral, 2020 14:52 | Həyat Tərzi | Baxış sayı: 328
Çia toxumu
Çia toxumu

Son illərin ulduzu - çia toxumu

Çia toxumu- son zamanlar adını tez-tez eşitdiyimiz, sağlam qida tərəfdarı olanların rasionunda geniş yer tutan məhsullardan biridir. Protein və mineral qaynağı olması onu əvəzedilməzlər siyahısına çıxarıb. Çia bədənin həm enerji səviyyəsini qoruyur, həm də toxluq hissi yaradır. Bunun üçün gündəlik pəhriz proqramlarında da geniş istifadə edilir. Bəs bu toxumun hansı faydaları var? 

 - yaşlanma əlamətlərini azaldır, qırış izlərini yox edə bilir. 

 - həzmi asanlaşdırır

 - sümük və əzələləri gücləndirir

 - ürək və damar xəstəlikləri yaranması riskini azaldır 

 - diabet müalicəsində faydalıdır 

 - insulin səviyyəsini tənzimləyir

 - bağırsaqları işlədir

 - toxluq hissi yaradır

 - metobolizmanı sürətləndirir

- xərçəng hüceyrələrinin yaranmasına qarşı effektiv mübarizə aparır

Bu qədər faydasına rəğmən onun da ziyanları ola bilər. Əlbətdə ki, söhbət aşırı istifadə zamanı qarşılaşa biləcəyimiz problemlərdən gedir. 

 - qəbzlik, ishal, şişkinliyə yol aça bilər 

 - tərkibi omega-3 ilə zəngin olduğu üçün qana mənfi təsir edə, təzyiqi sala bilər

 Bu toxumlardan daha çox salatlarda, smuzilərdə, pudinqlərdə istifadə edilir. Tərkibindəki maddələr sayəsində mayeni gel formasına sala bilir. Bu sayədə ondan faydalı pudinqlərdə hazırlayaraq istifadə etmək mümkündür. Məsələn, 

 - 1 ədəd banan

 - 1 qaşıq kakao

 - 1 stəkan süd

 - 3 yemək qaşığı çia toxumu. 

Adıçəkilən məhsulları yaxşıça qarışdırın. 4-5 saat soyuducuda saxlayın. Və hazırdır.