Gözləri ilə insanı hipnoz edən qadınlar (FOTO)

16 Noyabr, 2016 12:58 | Həyat Tərzi | Baxış sayı: 77
Göy gözlü qadın
Göy gözlü qadın

Dünyanın ən gözəl gözlü 10 ulduzu

Gözlər qəlbin aynasıdır. Görmə funksiyasını təmin edən duyğu orqanı insan haqqında çox məlumat verə bilən və simanın ən ifadəli hissəsidir. Onun rəngi (açıq mavidən tutmuş tund qara rəngə qədər) piqmentin miqdarından və bu qişada paylanmasından asılıdır.

Bəzi insanlar məhz göz rəngləri ilə adamı  sanki hipnoz edə bilir. Belələrinin böyük əksəriyyətini isə məşhurlar təşkil edir desək yanılmarıq.

İstiPress zərif cinsin ən gözəl gözlü 10 ulduzunu təqdim edir. Onların gözlərində insan sanki qərq olur.

1. Leona Lyuis - Britaniyalı müğənni və mahnı sözləri müəllifi yaşıl gözləri ilə qəlbləri fəth edib. O, tünd dəri və rəngli gözlərin ən gözəl kontranslarındandır.

2. Sofi Loren - Dünya kino tarixinin ən cazibədar aktrisalarındandır. İtaliyalı fotomodel, aktrisa badamı gözləri ilə də bütün dünyada məşhurdur.

3. Şarliz Teron - Gözlərdən danışarkən Cənubi Afrikadan olan gözəldən yan keçmək olmaz. Onun gözlərinin rəngi səmanı xatırladır.

4. Selin Ceytli - Hind aktrisası, fotomodel və gözəllik kraliçası daha çox Bollivudda məşhurdur.

5. Kristin Kroyk - aktrisa və prodüsser kimi fəaliyyət göstərir.

6. Odri Hebbern - XX əsrin moda ikonası qeyri-adi göz formasına görə seçilib. 

7. Elizabet Teylor - Hollivudun əfsanəsi özünün nadir göz rəngi ilə seçilib. Uşaqlıqda genetik mutasiyaya uğradığı üçün iki cərgə kirpiyi olub. Bu isə onun bənövşəyiyə çalan göz rəngi ilə mükəmməl kontrans təşkil edib. 

8. Kristian Stüart - Gənc nəslin ən cazibədar və ifadəli gözlərinə malik aktrisasıdır. Yaşıl rəngli gözlər aktrisanın baxışları o qədər dərinlik qatır ki... 

9. Ancelina Coli - Coli həm də dünyanın ən gözəl qadınlarından biridir. Lacivərd rəngli, pişik baxışlı gözlər insanı sanki hipnoz edir. 

10. Ayşvariya Ray - Hind kinosunun ən gözəl aktrisasıdır. Keçmiş dünya gözəli hələ dünyanın ən gözəl və cazibədar qadınlarındandır.