Gündə 2 qaşıq yesəniz... Sonsuzluqdan xərçəngə hər dərdə dəva

16 Oktyabr, 2019 13:20 | Həyat Tərzi | Baxış sayı: 439
Çiçək tozu
Çiçək tozu

Bu məhsul hüceyrələri yeniləməklə qocalmanı da gecikdirir

Birbaşa qana qarışan, kilo aldırmayan, müntəzəm istifadə zamanı immuniteti gücləndirən çiçək tozu (polen) haqqında yəqin ki, çox adamın məlumatı yoxdur. Güclü antioksidant özəlliyi olan bu tozdan istifadə son bir neçə ildə daha geniş yayılıb. 

Məhz bu antioksidantlar hüceyrələrin yenilənməsinə və yaşlanmanın təsirlərinin azalmasına kömək edirlər. Bəs bu arı məhsulunun başqa hansı faydaları var? 

Enerji verir - tərkibindəki qidalandırıcı maddələr bol olduğu üçün təbii enerji mənbəyi hesab edilir. Karbonhidrat, protein və B vitaminləri sayəsində yorğunluqla güclü mübarizə aparır. 

Dərinizi qoruyur - dəridə meydana gələn sədəf, eqzama kimi xəstəliklərin müalicəsində istifadə olunur. Aminoasitlər və vitaminlər dərini qoruyur, hüceyrə yenilənməsini sürətləndirir. 

Tənəffüs yolu xəstəliklərində dərman - xüsusi ilə astma böhranlarını  yüngülləşdirir və tamamilə aradan qaldırır. 

Allergiyanı müalicə edir - aparılan araşdırmada arı poleni ilə müalicə edilən xəstələrin 94 faizində müsbət nəticələr əldə edilib. 

Həzm sistemini qoruyur  - həzm sisteminin qorunmasında vacib olan bütün faydalı birləşmələri tərkibində saxlayır. Çiçək tozu ilə qidalardan alınan bütün faydalı birləşmələri qəbul etmək olar.

Prostatın qarşısını alır  - müntəzəm qəbulu prostat xəstəliklərinə yaxalanma riskini azaldır. Xüsusi ilə sidikqaçırma kimi hallarda qəbulu müsbət nəticə verə bilər.

Sonsuzluğa son  - yumurtalıq funksiyalarını canlandırır, hamilə qalmağı asanlaşdırır. Çünki çiçək tozu həm də afrodiziak hormon gücləndirici kimi də tanınır. 

Ürəyi qoruyur  -  ürəyi, eləcə də qan damarlarını qoruyan bioflavonoid adlı maddə ilə zəngindir. Bu həm də qan laxtalanması, infarkt, iflic risklərini də əhəmiyyətli dərəcədə azaldır. 

Yaraların sağalanmasını sürətləndirir -  yaraları tez sağaltmaqla yanaşı onlara infeksiya keçməsinin də qarşısını alır. 

Çiçək tozundan necə istifadə etmək olar?

Çiçək tozundan arı vurmasına allergiyası olan, hamilələr, süd verən analar, qan sulandırıcı dərman istifadə edənlərin faydalanmaması məsləhətdir. 

Mütəxəssislər heç bir problemi olmayan şəxslərin gündə azı 1-2 desert qaşığı yeyeə biləcəyini deyirlər. Bu məhsulu ya çeynəyərək, ya da süd, meyvə suyu, su, qatıq ilə qarışdıraraq qəbul etmək olar.