Sarımsaqlı kofe

16 Oktyabr, 2017 10:40 | Həyat Tərzi | Baxış sayı: 97
Kofe
Kofe

Kofeinsiz kofe Yaponiyada hazırlanıb

Kifayət qədər qeyri-adi mətbəxə sahib olan Yaponiyada dünyanın ən məşhur içkilərindən olan kofeyə də müdaxilə edilib. İstiPress-in məlumatına görə, bu ölkədə artıq sarımsaqlı kofe hazırlanır.

Aomori vilayətində yaşayan 74 yaşlı Ekitoma Simotai adlı şəxs bu işçinin müəlliffidir. Onun hazırladığı içki görüntüsünə görə kofedən fərqlənmir. Amma kofe dənələrindən əldə edilmir.
Məlumata görə, 30 il öncə o kafe işlədən sazman müştərilərindən biri üçün sarımsaqlı steyk hazırlamalı olub. Lakin nəzarətsiz qalan ət və sarımsaq yanıb. Amma o yanıq qoxusunu aradan qaldırmaqü üçün onun üzərinə su töküb. Bu zaman görüb ki, əldə edilən maye kofeyə bənzəyir. 

İllər sonra təqaüdə çıxanda Ekitomanın "kəşfi" yadına düşüb. O, eksrementini təkrarlayıb və lazımi nəticəni alıb. İndi sarımsaqlı kofe hətta onun yaşadığı vilayətin mağazalarında da satılır. O, hesab edir ki, bu kofenin faydası daha çoxdur. Belə ki, tərkibində kofein olmadığı üçün onu hətta hamilələrdə rahatlıqla içə bilər.