Ən qorxulu yuxu "pozaları"

16 Sentyabr, 2019 10:53 | Həyat Tərzi | Baxış sayı: 120
Yuxusuzluq
Yuxusuzluq

Bu formada yatmaq ürək xəstəliyi yarada bilər

Yanı üstə yatmaq onurğa üçün ziyandır. Üzü üstə yatmaq isə daxili təzyiqi artırır. Bunu rusiyalı kardioloq deyib. Valeri Sadovoyun sözlərinə görə, ən optimal variant arxası üstə yatmaqdır. 

O, həmçinin ürək üçün ən qorxulu yatış formasını da açıqlayıb. Bu oturaq formadır. "Bu poza ürəyin daxili təzyiqinin artmasına yol açır. Buna görə də şişkinliklər meydana gəlir. Bu isə damarların genişlənməsi və trombların yaranmasına yol aça bilər".

Karedioloq gündüz yuxusunun da faydalı olduğunu deyib. Onun sözlərinə görə, bu formada istirahət ürək xəstəlikləri riskini azaldır. Həm də gümrahlıq hissi yaranır.  

Ən ideal yuxu 8 saat davam etməlidir. Kardioloq da məhz bunu tövsiyyə edir.