Sabah Ay yenə tutulacaq

16 İyul, 2019 12:04 | Həyat Tərzi | Baxış sayı: 34
Ay tutulması - ARXİV
Ay tutulması - ARXİV

Tutulma saat 01:31-də maksimum həddə çatacaq

Sabah ilin ikinci Ay tutulması (qismən) baş verəcək. AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, proses iyulun 17-də saat 00:03-də başlayacaq və saat 01:31-də maksimum həddə olacaq. 

Təbiət hadisəsi saat 02:59-da başa çatacaq.

Bu təbiət hadisəsini Cənubi Amerika, Avropa, Afrika, Asiya, Avstraliya və Rusiyada görmək mümkün olacaq. Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq. 

Qeyd edək ki, 2019-cu ilin ilk Ay tutulması yanvarın 21-də baş verib.