Rahib kök qadını özündən çıxardı

16 İyul, 2019 11:50 | Həyat Tərzi | Baxış sayı: 57
Yıxılan rahib
Yıxılan rahib

Rahib 50 min adamın gözü qarşısında yıxıldı

"Artıq çəkili qadınlar cənnətə gedə bilməzlər" deyən rahibə hücum edildi. Hadisə Braziliyada kilsələrdən birində ayin zamanı baş verib.

Braziliyanın San-Paulo kilsəsindəki ayin zamanı məşhur rahib Marselo Rossi çıxış edib. Gombulların cənətə gedə bilməyəcəyi haqqında çıxışı mərasimdəki qadınlardan birinin xoşuna gəlməyib. O, təhlükəsizlik qüvvələrinin gözündən yayınaraq səhnəyə çıxıb və bir göz qırpımında rahibi oradan itələyib. 50 mindən çox insanın qatıldığı ayində insanlar baş verənləri heyrətlə izləyiblər. 

Rahib hadisədən sonra heç nə olmamış kimi səhnəyə qayıdaraq ayinə davam edib. Qadın isə zaldan çıxarılıb. 

Rahib Rossini itələyən qadının bu əməlinin siyasi məqsəd daşıyıb-daşımadığı da araşdırılır.