"Instagram" söndürür - bu gün sondur

16 May, 2019 13:56 | Həyat Tərzi | Baxış sayı: 246
"İnstagram"
"İnstagram"

"Direct" təqbiqi bağlanılır

Dünyanın ən populyar sosial şəbəkələrindən olan "İnstagram" "direct"i bağlama qərar verib. İstiPress-in məlıumatına görə, foto paylaşım şəbəkəsi bir  müddət öncə  ayrıca yayımlamağa başladığı tədbiqin fəaliyyətinə son qoyur. Bu gün başlayan bağlama prosesi ay sonuna bitməlidir. 

"Direct" tədbiqi "Instagram"ın içindən də əlçətandır və istifadəçilərin aralarında mesajlaşmasına imkan yaradır. Şirkət birbaşa yazışlamalar özəlliyinin istifadəsini artırmaq üçün ayrıca tədbiq kimi buraxılan "direct" tədbiqini ayrıca yükləmə kimi təqdim etmişdi. Nəticədə ondan istifadə edən kütlə iki dəfə artıb. 

Ancaq "Instagram" bu gün istifadəçilərinə göndərdiyi mesajda tədbiqin fəaliyyətini dayandıracağını açıqlayıb. Bunun əvəzində isə artıq istifadəçilər birbaşa "Instagram" daxilindən söhbətə davam edəcəklər.

Xatırladaq ki, daha öncə də "Facebook"un tərkibindəki "messenger" özəlliyi ayrıca tədbiq kimi təqdim edilmişdi. Milyonlarla istifadəçi mesajlaşmaq üçün bu tədbiqi yükləməyə vadar olmuşdu. 

Lakin şirkət "Instagram"da eyni siyasətə davam etmək istəməyib. İndi "WhatsApp", "Instagram", "Facebook" və "Messenger"i biraraya gətirməyə çalışırlar. İnteqrasiya üzərində iş aparılır.