"WhatsApp"dan qruplar üçün super yenilik

16 May, 2018 09:25 | Həyat Tərzi | Baxış sayı: 337
"WhatsApp"
"WhatsApp"

Hamı özü haqqında nə yazıldığını biləcək

Dünyada milyonlarla istifadəçisi olan ani mesajlaşma şəbəkəsi "WhatsApp"yenilənib. Bu yenilik xüsusi ilə qruplar və qrup rəhbərləri üçün faydalı olacaq. Yenilənmə həm iOS, həm də "Android" tədbiqlərinə aiddir. 

Artıq qrup haqqında məlumatlar bölməsində məqsəd, məramı, qrup haqqında daha ətraflı əlavələr olacaq. Bu sayədə qrupa yeni qatılan bir üzv də söhbətin nədən getdiyini və onun əsas məqsədini daha tez öyrənə biləcək. 

Bundan əlavə qrup söhbətlərindən bir müddət uzaq qalan şəxs belə özləri haqında olan mesajları ötürməyəcəklər.  Bunun üçün onlar sağ tərəfdəki @ düyməsindən faydalanacaqlar. İstifadəçi axtarma özəlliyi isə qrup haqqında məlumatlar səhifəsindəki axtarış yeri sayəsində asanlaşacaq.

Platforma istifadəçilərin çıxdıqları qruplara təkrar əlavə edilmələrinin də qarşısını alacaq bir qoruma sistemi təklif edib. 

Adminlər qrupları daha arahata idarə edə, istədikləri şəxsin fotonu, qrup haqqında məlumatları, mövuzları dəyişmək hüququ verə biləcək. 

Yeniliklərdən faydalanmaq istəyənlər isə App Store və Google Play Store-dən xidməti yeniləməlidirlər.