Oruc tutanda bədəndə nə baş verir?

16 May, 2018 14:52 | Həyat Tərzi | Baxış sayı: 441
Ramazan süfrəsi
Ramazan süfrəsi

15 saat ac qalmağın faydası

Sabahdan başlayaraq Ramazan ayı boyunca gün ərzində 15 saata yaxın ac qalmaq orqanizmimizə necə təsir edir? Bədənimizdə oruc sayəsində hansı dəyişikliklər yaşanır? İstiPress müqəddəs ay ərəfəsində bu suallara cavab verməyə çalışıb. 

Ən çətini ilk günlərdir 
Bədən ilk gün oruc tutulduğunu 8 saat sonra qavrayır. Yəni bu zaman son dəfə qəbul edilən bütün diqalar həzm olunur. Bədənin yeni enerjiyə ehtiyacı yaranır. Əvvəl bu enerji əzələlərdən və qaraciyərdəki qlükoza hesabına təmin edilir, sonra isə yağlarla. 

Yağ yandırılması isə eyni zamandə çəinin azalmasına, xolestrol səviyyəsinin düşməsinə, diabet riskinin azalmasına gətirib çıxarır. Lakin qan şəkəri düşdüyü üçün bədəndə halsızlıq başlayır. İrəliləyən saatlarda baş ağrısı, ürək bulanması, ağızda acı dad kimi simptomlar ortaya çıxır.

3-7-ci günlər suya diqqət 
Bədən oruca vərdiş etməyə başlayır. İmsaqla iftar arasında vaxt az, su qəbulu azaldığı üçün tərləmə ilə maye itkisi çoxalır. 

Gündəlik enerji təminatı üçün bəzi yağların qəbulu şərtdir. O, cümlədən protein, duz və su kimi məhsulların.

8- 15-ci günlər 
Bədənimiz oruca demək olar ki, tamamilə uyğunlaşıb. Gündəlik həyatda çox kalori qəbul edirik və bədənimiz xəstəliklərin öhdəsindən gələ bilmir. Lakin oruc tutulan zaman bu hal tənzimlənir. Bədən önəmli funksiyalarına diqqət cəmləşdirir, infeksiyalarla savaşmağı, xəstəliklərin daha tez sağalması asanlaşır.

16- 30 gün Detoks zamanı
Ramazan ayının ikinci yarısında qalın bağırsaq, böyrək və dəri toksiki maddələrdən təmizlənir. Diqqət və yaddaş güclənir. Əzələləri qorumaqla, çəkidə də azalma hiss edilir.