İlk imsaqda nə edək?

16 May, 2018 12:00 | Həyat Tərzi | Baxış sayı: 350
Şəkərdən istifadə
Şəkərdən istifadə

Bu yeməklərdən qaçın

Azərbaycanda müsəlmanların müqəddəs ayı, on bir ayın sultanı Ramazanın başlamasına bir gün qaldı. Bu il də müqəddəs ay ilin isti günlərinə təsadüf edir. Saatalarla davam edən aclıq və susuzluğa dözmək asan məsələ deyil. Bəs 15 saatdan artıq davam edən oruc zamanı halsız, çox acmadan qalmaq üçün nə etmək olar? İlk imsaqda nə yemək yaxşıdır? 

İlk olaraq imsaq nə qədər gec olarsa toxluq müddəti bir o qədər uzun çəkər. Yəni imsaqı bir necə saat qabaqcadan etməkdən çəkinin. 

Axşam və səhər yeməyində şəkərdən qaçın. Şəkər tez acmağa səbəb olur.

İmsaqda meyvə yeməyin. Onu yoğurt, pendir kimi ağartı məhulları ilə əvəz edin. 

Səhərlər bir qaşıq zeytun yağı için. Bu bağırsaqların tənbəlliyini aradan qaldırır. 72 saat bədəni enerji ilə təmin edir. 

Yumurta protein qaynağı və ən uzun müddət tox saxlayan məhsullardan biridir. 

Duzlu məhsullardan uzaq durun. Zeytunu sevirsinizsə onu iftara saxlayın. 

İmsaqdan sonra yenidən yatacağınızı nəzərə alaraq yağlı, qızardılmış yeməklərə meyl etməyin. Bu gün ərzində nəinki sizi tox saxlaya, hətta mədə problemlərinə də səbəb ola bilər. 

Xurma Ramazan ayının vazkeçilməzidir. Vitamin və minerallarla zəngindir. 

İftara şorba ilə başlayıb. Bundan bir müddət sonra isə süfrəyə digər yeməkləri gətirin.

Zeytun yağı
Zeytun yağı
Ramazan ayı
Ramazan ayı
Şorba
Şorba