Bu da Ramazan TƏQVİMi

16 May, 2018 08:55 | Həyat Tərzi | Baxış sayı: 2934
Ramazan ayı
Ramazan ayı

Təqvimdə gündəlik imsaq və iftar vaxtları, Əhya gecələri qeyd edilib

Qafqaz Müsəlmanları İdarəsi bu ilin Ramazan təqvimini hazırlayıb. İstiPress-in məlumatına görə, təqvimdə gündəlik namazla yanaşı, imsaq və iftar vaxtları, eləcə də hər gün üçün Ramazan duası yer alıb. Təqvimdə ölkənin hər bir regionu üçün iftar və imsaq vaxtları ayrıca qeyd edilib. Bunun üçün yaşadığınız regionun adını seçmək kifayətdir. 

Təqvimdə həmçinin Əhya gecələri də qeyd edilib. 

Xatırladaq ki, bu il ötən gün QMİ Qazılar Şurası Ramazan ayı münasibətilə fətva verib. Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının 2018-ci il üzrə hesablamalarına görə, Ramazan ayının 1-i Ayın ölkə ərazimizin üfüqünə uyğun görünməsinə əsasən Miladi tarixlə may ayının 17-nə təsadüf edəcək və Ay göründüyü andan Ramazani-şərif başlayacaqdır. Mayın 16-dan 17-nə keçən gecə isə niyyət gecəsidir.

Eydül-Fitr – Ramazan bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq iyunun 15-nə təsadüf edəcək. 

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son  günüdür.  Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi  məsləhət  görülür.

Ramazan ayında 4 Əhya gecəsi (qədr gecəsi) olacaq.  İlk qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə baş verəcək. Bu da iyunun 3-də təsadüf edəcək. İkinci qədr gecəsi Ramazan ayının 20-dən 21-nə keçən gecə olacaq ki, bu da iyunun 5-də qeydə alınacaq.

Üçüncü qədr gecəsi iyunun 7-də (Ramazan ayının 22-dən 23-nə keçən gecə), sonuncu qədr gecəsi isə iyunun 11-də (Ramazan ayının 26-dan 23-nə keçən gecə) olacaq.