Ölkə çalxalanır! 60 uşağın atası çıxdı

16 May, 2017 15:52 | Həyat Tərzi | Baxış sayı: 500
Yan Karbaat
Yan Karbaat

60 ailənin bir “ər”i var imiş - Ölümündən sonra üstü açıldı

Keçən ay 89 yaşında dünyasını dəyişən Hollandiyanın ən böyük sperma klinikasının sahibinin 60 uşaq atası olduğu ortaya çıxıb. 

İstiPress “Milliyet”ə istinadən xəbər verir ki, Hollandiyada 1980 - 2009-cu illər arasında ölkənin ən böyük sperma bankının sahibi Yan Karbaatın ölümündən sonra böyük bir qalmaqalın üstü açılıb.

Karbaatın klinikada atalığa namizədlər tərəfindən verilən spermaların yerinə öz spermalarını süni mayalanma müalicəsində istifadə etdiyi ortaya çıxıb.

Qalmaqal Yan Karbaatın hər şeyi etiraf etdiyi bir sənədin ortaya çıxması ilə aydın olub.

Ölkədə böyük rezonansa səbəb olan olaydan sonra onlarla ailə DNT testi üçün müraciət edib. Onların sayının 60-dan çox olduğu deyilir.