Dünyada ilk - printerdən ürək çıxardılar VİDEO

16 Aprel, 2019 10:20 | Həyat Tərzi | Baxış sayı: 82
3D ürək
3D ürək

Ürək insan hüceyrələrindən yaradılıb

İsrailli alimlər dünyada inqilabi sayılacaq bir addım atıblar. İlk dəfə olaraq onlar 3D printerdə qan damarları, hüceyrələri olan insan ürəyini çap ediblər. Ürək miniatür ölçüdədir. Amma mütəxəssislər deyirlər ki, normal ölçülü insan orqanı üçün eyni texnologiyadan istifadə oluna bilər.

Çap edilən orqan xəstənin yağ hüceyrələrindən ibarətdir. Bu hüyerələr ürək-damar sisteminin kök hüceyrələri ilə qarışdırılıb və 3D printerə yerləşdirilib.

"İlk dəfə biz insandan götürülən materialları çap edərək çətin geometrik ürəyi əldə edə bilmişik. Bundan öncə olan bütün ürəklər sintetik və s  materiallardan idi. Onlar isə birbaşa insanın özündən alınmırdı", deyə Təl-Əviv universitetinin aspirantı Nadav Noor bildirib. 

Printerdən çıxarılan ürək hələlik qan vura bilmir. Ancaq alimlər ümid edirlər ki, 10 il ərzində dünyanın ən yaxşı xəstəxanalarında insan orqanlarını 3D üsulu ilə çap edə biləcəklər.