"WhatsApp"da milyonların gözlədiyi yenilik

16 Aprel, 2018 15:05 | Həyat Tərzi | Baxış sayı: 894
"WhatsApp"
"WhatsApp"

Artıq dünyanın o başına pul köçürmək olacaq

Dünyanın ən böyük ani mesajlaşma xidməti olan "WhatsApp" bu gündən etibarən milyonları yaxından maraqlandıran addım atır. İstiPress-in məlumatına görə,
"WhatsApp" artıq tanımadığınız insanları sizə tanıdacaq. Necə? 

 "vCard" özəlliyi tanınmayan şəxslərin daha tez kimliyinin müəyyən edilməsinə kömək edəcək. Yenilikdə "WhatsApp"ın şəxsi məlumatların təhlükəsizliyinə verdiyi önəmi daha da artırdığı hiss edilir. Yenilik tanımadığınız nömrədən sizə mesaj gələndə aktivləşir.
Əgər bu şəxsin öncədən "vCard"varsa mesaj gələndə bu özəllik ekranda çıxacaq. Bu isizn bilinməyən nömrə haqqında fikir sahibi olmağınıza kömək edəcək. Əgər yazan şəxsi tanımırsınızsa "yox" düyməsinə basaraq bir dəfəlik əlaqəni kəsə bilərsiniz. 

"WhatsApp"uzun müddətdir üzərində işlədiyi yeniliklər bununla bitmir. Artıq "YouTube" videolarını izləmək daha rahat olacaq. Videoları izləmək üçün "WhatsApp"ı bağlamaq lazım deyil. İlkin olaraq iOS istifadəçiləri bu funksiyadan faydalana biləcək. Belə ki, videoları ana səhifədə izləmək mümkün olacaq. 

Növbəti yenilik sistemin bank fəaliyyəti ilə bağlıdır. Çoxdan anons edilən pul köçürmə xidməti rəsmən Hindistanda fəaliyyətə başlayıb. "WhatsApp" pul köçürmə xidməti üzərində azı bir ildir ki, iş aparır. Yenilikdən həm Android, həm də iOS istifadə edə bilir. Hələlik bu xidmət beta mərhələsindədir. 

İstifadə üçün hər iki tərəfin pul köçürmə xidmətini aktivləşdirməsi lazımdır. Aktivləşmə baş verən kimi mobil telefonla bank hesabınıza daxil ola bilirsiniz. Ödəmələr bölümünə klik edərək istifadə şərtləri ilə tanış olur, onları qəbul edir və telefon nömrənizi təsdiqləyirsiz. 

Təqdim edilən siyahıdan istədiyiniz bankı, məbləği seçir, pul göndərmək istədiyiniz şəxsin profilinə daxil olub "ödəmə" düyməsini basırsınız. Telfona göndərilən kodeu ekranda açılan pəncərədən yazıb, prosesi tamamlaya bilərsiniz.