Rusiyanın ən gözəl qızı FOTO

16 Aprel, 2018 11:10 | Həyat Tərzi | Baxış sayı: 262
Yuliya - "Miss Rusiya"
Yuliya - "Miss Rusiya"

Yuliyanın 18 yaşı var

Rusiya ən gözəl qızını seçdi. İstiPress-in məlumatına görə, ötən gün Moskvada "Miss Rusiya-2018"in finalı baş tutub. Yarışda 49 gözəl qalib adı uğrunda mübarizə aparıb.

Lakin ən gözəl qız Çuvaşiya təmsilçisi, 18 yaşlı Yuliya Polyaçixina olub. "Mercury" zərgərlik şirkəti tərəfindən hazırlanan möhtəşəm tac ona hədiyyə edilib. Tacın hazırlanması zamanı zərgərlər çar II Nikolayın həyat yoldaşı Aleksandra Fedorovnadan ilham alıblar. Minlərlə dollar qiyməti olan tac 203 dəniz mirvarisi, sapfir, rubin, hətta briliyantla bəzədilib. Assimetrik kəsimi olan tac atəşfəşanlığı xatırladır. Üzərindəki rənglər isə Rusiya bayrağını əks etdirir. Tacın özü ağ qızıldandır. 

Yuliya qələbədən sonra ilk açıqlamasında bu müsabiqəyə qatılmağın uşaqlıq arzusu olduğunu deyib.