Dünyanın ən bahalı və yeməli "gəlini" FOTOLAR

16 Fevral, 2018 12:40 | Həyat Tərzi | Baxış sayı: 371
Ən bahalı tort
Ən bahalı tort

120 kq çəki, 10 min mirvarı və 5 min gül

Dünyanın ən bahalı tortu Dubayda hazırlandı. İstiPress-in məlumatına görə, "BRIDE Dubai 2018" sərgisinə gələnləri eksponantlardan biri heyran edib. Bu normal gəlindən fərqlənməyən elə gəlin formasında tort olub. Şirniyyat orjinal manikenə o qədər çox bənzəyib ki, ziyarətçilər belə onun tort olmasını müəyyən edə bilməyiblər. 

Tortun dizayneri isə "dünyanın ən bahalısı" kimi ad qazanan britaniyalı Debbi Vinqhem olub. Bu şirniyyatın qiyməti nə az, nə çox düz bir milyon dollardır. 

Boyu 180 sm, çəkisi 120 kq olan "gəlin" tamamilə yeməlidir. O çoxqatlı bisskivitdəndir. Tort üçün 25 kq şokolad, 50 kq marsipan tələb edilib. Gəlinlik 10000 yeməli mirvari, 5000 çiçəklə bəzədilib. Tort manikenin baş örtüyünün üzərində isə hər biri 200 min olan olan 5 ədəd əsl briliyantdan istifadə olunub. Bu sənət əsərini hazırlamaq üçün dizaynerə 5 gün lazım olub. 

Bu ən bahalı dizaynerin ilk qeyri-adi işi deyil. Belə ki, Vinqhem bundan öncə 16 milyon dollarlıq tufli, 4,8 milyon dollarlıq briliyantlarla bəzədilən geyim və s ərsəyə gətirib.