Boşanan kişilər üçün sığınacaq açıldı

15 Noyabr, 2019 10:33 | Həyat Tərzi | Baxış sayı: 61
Boşanma
Boşanma

Burada güclü cinsin nümayəndələri 1 il qala bilərlər

İtaliyada boşanmış, müflis olmuş kişilər üçün sığınacaq açılıb. Adətən bu ölkədə boşanmış kişi həm də müflis olur. 

60 faiz hallarda cütlüyün ümumi yaşayış sahəsi uşaqlarla birlikdə qalan qadının adına keçirilir. 94 faiz hallarda kişilər həm də aliment ödəyirlər. Onlar bu ödənişi nəinki öz uşaqlarına, həm də keçmiş həyat yoldaşları üçün etməlidirlər. 

Məhz bu səbəbdən də könülüllər və xristian təşkilatlarının köməkliyi ilə sığınacaq fəaliyyətə başlayıb. Bu məkanlarda boşanmış kişilər maksimum 1 il yaşaya bilərlər.