Fransız mətbəxinin dörd məşhur təamı

15 Oktyabr, 2016 13:05 | Həyat Tərzi | Baxış sayı: 25
Eyfel qülləsi
Eyfel qülləsi

Fransa – yeməyə pərəstiş olunan ölkələrdəndir. Fransız üçün evdə və ya restoranda ailə üzvləri ilə birgə ənənəvi nahar yeməyi çox vacibdir. Fransızlar, demək olar ki, bütün ərzaqları yeyirlər, əsas fərq onların hazırlanmasındadır.

Soğan şorbası

 

Əfsanəyə görə, ilk soğan şorbasını Fransa kralı Ludoviq XV özü hazırlayıb. Belə ki, bir gecə öz ovçu evində qalarkən kral acıb, lakin evdə yağ, soğan və şampandan başqa heç nə tapmayıb. Nəticədə o, əlində olan ərzaqları qarışdırıb və ilk soğan şorbasını hazırlayıb.

Soğan şorbası
Soğan şorbası

Qırmızı şərabda bişmiş xoruz

 

Fransa klassik mətbəxinin yeməyi hesab olunan qırmızı şərabda bişmiş xoruz, əsasən, Milad bayramında hazırlanır. Bu yeməyin vətəni Burqundiyadır. Yeməyin hazırlanması üçün toyuq yox, məhz xoruz tələb olunur. Bişirilmə vaxtı süfrəyə qoyulacaq şərabdan istifadə etmək zəruridir. Xoruzu ənənəvi fransız baqeti ilə birgə yeyirlər.

Qırmızı şərabda bişmiş toyuq
Qırmızı şərabda bişmiş toyuq

 

Fua-qra

 

Fransada fua-qranın hazırlanması milli qanunla tənzimlənir. Ördəyin yağlı qara ciyəri isə ölkənin mədəni və qastronomik irsinə aiddir.

 

Krep

 

Kreplər (fransız blinçikləri) ilk əvvəl Bretanda hazırlanıb, daha sonra isə onlar bütün ölkə üzrə məşhurlaşıb. İndi Fransada elə bil region yoxdur ki, orada krep təklif edən restoran olmasın. Ənənəvi olaraq, yerli kreplər xüsusi gündə - “Krep günü”ndə yeyilir. Fransada belə bir inanc var ki, krep bişirərkən sol əlinizdə qızıl sikkə saxlayaraq, sağ əlinizlə tavada olan krepi göyə atıb-tuta bilirsinizsə, gələn il mütləq varlanacaqsınız. 

Krep
Krep