Selfi çubuqlarına qadağa qoyuldu

15 İyul, 2017 09:49 | Həyat Tərzi | Baxış sayı: 134

Qadağa bir ay müddətində qüvvədə olacaq

İtaliyanın Milan şəhərinin rəhbərliyi şəhər küçələrində selfi çubuqlarına, şüşə butulkalarda içkilərə və yemək satılan arabalara müvəqqəti qadağa tətbiq edib.

İstiPress gazeta.ru saytına istinadən bildirir ki, bu qərar "antisosial davranış"ın və şəhərin çirklənməsinin qarşısını almaq üçün qəbul edilib.

Qadağa bir ay müddətində – avqustun 13-dək qüvvədə qalacaq. Lakin bu müddətin artırıla biləcəyi də istisna edilmir.