Türkiyə 60 metrlik "Airbus A330"u dənizdə batırdı VİDEO

15 İyun, 2019 17:02 | Həyat Tərzi | Baxış sayı: 207
Batırılan təyyarə
Batırılan təyyarə

Məqsəd turist axınını artırmaqdır

Türkiyə Egey dənizinin sularında nəhəng sərnişin təyyarəsini batırıb. İstiPress-in məlumatına görə, "Airbus A330" Ədirnənin Saros körfəzinin sahilindəki İbricə limanına gətirilib. Hava gəmisi sahildən 0,5 mil uzaqlıqda dənizin 30 metr dərinliyinə qərq edilib.

Türkiyə tərəfi bu addımı turizmi daha da inkişaf etdirmək, bölgəyə turist axınını artırmaq üçün atıb. Suyun dibindəki təyyarənin dəniz turizminə müsbət təsir edəcəyi gözlənilir. Bu həm də balıq müxtəlifliyinin artırılmasına kömək etməlidir. 

Xatırladaq ki, batırılan təyyarənin uzunluğu 60 metrdir. Gələn həftədən adıçəkilən ərazidə sualtı üzgücülük mövsümünün açılışı olacaq.