Xərçəngi məhv edən tərəvəz tapıldı

15 May, 2019 11:01 | Həyat Tərzi | Baxış sayı: 372
Pomidor
Pomidor

Təcrübə bu tərəvəzi yeyənlərin 50 faiz az xəstələndiyini göstərdi

Xəstəliklərlə mübarizədə meyvə və tərəvəzlərin rolu əvəzsizdiir. Onlar bədənimizi vitamin və minerallarla təmin edir, imunnitetimizi gücləndirir və bu yolla mikrov, viruslara qarşı mübarizə aparır.

Amerikalı alimlər onkoloji xəstəliklərin ən böyük düşməni olan tərəvəzin adını açıqlayıblar. Bu məhsul şişlərin inkişafını önəmli dərəcədə azaldır. 

Ohayo universitetinin alimlərinin sözlərinə görə, təcrübə siçanlar üzərində aparılıb. Onlara ultrabənövşəyi şüalar verilib, xüsusi əlavələr olan qidalarla yemləndirilib. Bəzilərinin qidalarına tomat tozu da əlavə edilib. Nəticədə müəyyən edilib ki, pomidor verilən gəmiricilərdə şişlər 50 faiz daha az olub.

Bununla da qeyd edilir ki, xərçəngin profilaktikasında pomidorun böyük rolu var. Buna səbəb isə onun tərkibindəki karotinoidlərdir. BU maddə ultrabənövşəyi şüaların təsirini azaldır.