Özəl məktəblərdə oğlanlar yubka geyinəcək

15 May, 2017 03:34 | Həyat Tərzi | Baxış sayı: 179

Gender bərabərliyi üçün

Böyük Britaniyanın məşhur özəl məktəblərindən biri olan "Highgate School"-un administrasiyası  gender mənsubluğuna görə çətinliklər yaşayan oğlanlara yubka geyinməyə icazə verə bilər. İstiPress-in məlumatına görə,  bu barədə Sunday Times xəbər verir.

Qəzetin məlumatına görə, şagirdlər tərəfindən yaradılan qruplar gender cəhətdən neytral məktəb formasının və əvəzliyinin tətbiq edilməsini tələb edirlər.

"Əgər oğlanlar xoşbəxt olsalar və özlərini cinsəl mənsubluq cəhətdən daha təhlükəsiz hiss etsələr, bu, yaxşı ideya olar", - deyə məktəbin direktoru Adam Petitt bildirib.

Highgate School administrasiyası yekun qərar vermək üçün şagirdlər və onların valideynlərini arasında sorğu keçirəcək.