Ən gözəl ombalı qadınların yarışı başlayır

15 May, 2017 07:22 | Həyat Tərzi | Baxış sayı: 499
Miss Bum-Bum yarışı
Miss Bum-Bum yarışı

Ombanın ölçüsü 107 sm-dən çox olmamalıdır

Braziliyanın San-Paulu şəhərində məşhur "Miss Bum Bum" müsabiqəsi başlanır. Müsabiqədə ən gözəl ombaları olan xanım seçiləcək.

Ombanın ölçüsü 107 sm-dən çox olmamalıdır. Həmçinin silikondan istifadə edən qadınlar yarışa buraxılmayacaq. Yarışda ölkənin müxtəlif ştatlarından olan 27 qadın seçiləcək.

Final mərhələsinə çıxmış iştirakçılar noyabrda keçiriləcək son şouda qələbə uğrunda mübarizə aparacaq.