Bu da Rusiyanın ən gözəl qızı FOTOLAR

15 Aprel, 2019 09:35 | Həyat Tərzi | Baxış sayı: 268
Alina Sanko
Alina Sanko

Bir milyonluq tacın yeni sahibi Azovdan olan tələbədir

Rusiyada ölkənin ən gözəl qızı seçilib. İstiPress-in məlumatına görə, "Miss Rusiya 2019" yarışının final mərhələsi paytaxt Moskvadakı Barvixa Luxury Village" konsert zalında baş tutub. Final mərhələsində 50 qız "ən gözəl" adı uğrunda mübarizə aparıb. 

Ağ qızıldan olan bahalı tacın yeni sahibi Azovdan gəlmiş tələbə Alina Sanko olub. Tacı Alinaya ötənilki müsabiqənin qalibi Yuliya Polyaçixina təqdim edib.

"Miss Rusiya" Dövlət Universitetində torpaqşünaslıq və arxitektor təhsili alır. O, rəsm çəkməyi, oxumağı və poeziyanı çox sevir. Boyu 175 sm, çəkisi 48 kq olan Alinanın arzusu poeziya gecələri təşkil etməkdir. 

"Vitse miss" adına Yekatrinburq təmsilçisi Arina Verinuiz, "İkinci vitse miss"ə isə Tatarıstandan gələn Ralina Arabovaiz layiq görülüb. Hər iki xanım xaricdə təhsil haqqı ilə yanaşı müxtəlif hədiyyələr də qazanıblar. 

Xatırladaq ki, Rusiya gözəli üçün nəzərdə tutulan tac dünyanın ən bahalıları sırasındadır. O eksklüziv zərgər işidir, qiyməti 1 milyon dollar civarındadır. Ağ qızıldan hazırlanan tac briliyant, zümrüd, yaqut və mirvarilərlə bəzədilib.