İrandan Ermənistana gedən turistlərin sayı azalır

15 Mart, 2019 20:47 | Həyat Tərzi | Baxış sayı: 58
İranlı turistlər
İranlı turistlər

Nikol Paşinyanın Tehran səfəri zamanı verdiyi açıqlamasını unutmayıblar

Novruz bayramı günlərində İrandan Ermənistana gedəcək turistlərin sayında azalma gözlənilir.

İstiPress-in məlumatına görə, bu barədə Ermənistanda dərc olunan "İravunk" qəzeti yazır.

Qeyd olunur ki, Baş nazir Nikol Paşinyanın Tehran səfəri zamanı İranla sərhədin bağlanması ehtimalı barədə verdiyi açıqlamasını unutmayıblar.

Bundan başqa, bəzi Ermənistan banklarının iranlılarla problemləri qeydə alınıb. Amma əsas səbəb kimi son zamanlar İranla Azərbaycan arasında münasibətlərin daha da yaxşılaşması göstərilib. Nəticədə, İran turistlərinin böyük hissəsi Ermənistandan Azərbaycana yönəlib. Bundan başqa, iranlılar Gürcüstana da səfər etməyə başlayıb.