Efirdə Trampın qızına və kürəkəninə "tarakan" dedilər

15 Mart, 2019 12:08 | Həyat Tərzi | Baxış sayı: 45
Trampın qızı və kürəkəni
Trampın qızı və kürəkəni

Bu ifadəni CNN kanalının analitiki səsləndirib

ABŞ prezidenti Donald Trampın qızı İvanka və əri Cerard Kuşner tarakana (mətbəxböcəyi) bənzədilib. Bu bənzətmənin müəllifi isə CNN telekanalının analitiki Pol Beqaladır. 

"Kushner, Inc." adlı yeni kitabın müzakirəsi zamanı ondan Trampın adıçəkilən şəxsləri nə vaxtsa ətrafından kənarlaşıra biləcəyi, Ağ evdə baş verənlər fonundakı qalmaqallardan necə qaça biləcəkləri barədə sual verilib.

"Əlbətdə onlar sağ qala bilərlər. Tarakanlar hətta nüvə müharibəsindən də sağ çıxırlar", deyə siyasi analitik cavab verib.  

Efirdə baş verən insidentlə bağlı yoxlama başlayıb.  CNN isə Beqalı buna görə cəzalandıracağı barədə informasiya verməyib.