Azərbaycanın bu mərkəzində bu il qış uzanacaq

15 Fevral, 2019 16:40 | Həyat Tərzi | Baxış sayı: 187
Şahdağ
Şahdağ

Novruz bayramına nəzərə tutulan möhtəşəm qış şousu

Qusarda yerləşən məşhur "Şahdağ" qış turizm kompleksi bu ilki qış mövsümünü mart ayının sonunadək davam etdirməyi planlaşdırır.

İstiPress-in şimal bürosunun məlumatına görə, amma burada hava şəraiti - xüsusən qar yağması əsas götürüləcək.

Bu barədə "Şahdağ" turizm  mərkəzinin marketinq direktoru Rauf Cahangirov İstiPress-in şimal bürosuna açıqlama verib. Onun sözlərinə görə, gələn turistlər qarlı havalara, qış idman növlərinə xüsusi maraq göstərdiyindən hava şəraitinin necə olacağını əsas götürürük.

Rauf Cahangirov bildirib ki, mart ayının ortalarında buradakı 4 oteldən biri bağlanacaq. Xalqımızın gözəl milli bayramı olan Novruz bayramı tətilində xüsusi maraqlı şou və proqramlar hazırlanacağını deyən mərkəzin marketinq direktoru onlardan birini açıqlayıb: "Mərkəzin ən hündür yerindən əllərində məşəl tutmuş xizəkçilərin möhtəşəm yürüşü çox maraqlı olacaq".

Rauf Cahangirova görə, nə idman növlərindən istifadədə, nə də hotellərdəki qiymətlərdə hər hansı dəyişiklik nəzərdə tutulmur.