Dünyanın ən yaxşı ölkələri - Azərbaycan da var SİYAHI

15 Yanvar, 2020 13:48 | Həyat Tərzi | Baxış sayı: 97
İsveçrə
İsveçrə

Dünyanın ən yaxşı ölkələrinin reytinq siyahısı hazırlanıb. Siyahıda 73 ölkənin adı yer alıb. "U.S. News & World Report" jurnalının hazırladığı siyahı Pensilvaniya Universiteti və BAV Group-un birlikdə araşdırması ilə ərsəyə gətirilir. 

Müəlliflər ölkələrdəki vəziyyətlə bağlı 20-yə yaxın məsələni analiz edirlər. Bunların arasında siyasət, iqtisadiyyat, sosial sahə, turizm, mədəniyyət və başqaları var. 

2020-ci ilin ən yaxşı ölkələri sırasında ilk yeri İsveçrə tutub. Növbəti pillələrdə;

Kanada,

Yaponiya,

Almaniya,

Avstraliya,

Böyük Britaniya,

ABŞ,

İsveç,

Niderland,

Norveç var.

MDB ölkələri arasında isə Rusiya ilə yanaşı Azərbaycan və Qazaxıstanın da adı bu reytinqə salınıb. Azərbaycanın Şimal qonşusu 23-cü pillədə, Türkiyə isə 38-ci pillədə qərarlaşıb.