İranda güclü qar: yollar və məktəblər bağlandı

15 Yanvar, 2019 20:31 | Həyat Tərzi | Baxış sayı: 134
Rəşt şəhəri qar altında - Gilan ostanı, İran
Rəşt şəhəri qar altında - Gilan ostanı, İran

İranda son 48 saat ərzində yağan güclü qar bir sıra regionlarda yolların və məktəblərin bağlanmasına səbəb olub.

İstiPress-in məlumatına görə, İranın Xuzistan, Qərbi və Şərqi Azərbaycan, İsfahan, Küdistan, Simnan, Mazandaran regionlarına yağan güclü qar əhali üçün böyük problemlər yaradıb. Bu regionların yolları və məktəblər, səhiyyə müəssisələri fəaliyyətlərini dayandırıb.

İranın Yardım və Xilasetmə Təşkilatını sədri Murtaza Səlimi mətbuata verdiyi açıqlamasında qeyd edib ki, bir çox kəndlərin yolları bağlanıb və onların rayon mərkəzi ilə əlaqəsi kəsilib. Hazırda xilasetmə tədbirləri həyata keçirilir və yollar qardan təmizlənir. Onun sözlərinə görə, qarın altında qalan 300 yaxın avtomobil sürücüsü ilə birlikdə xilas edilib. Çovğun həyata keçirilən tədbirlərə mane olur. Buna baxmayaraq, xilasetmə işləri davam etdirilir.