Ermənilərin yeni iddiası

15 Yanvar, 2018 12:54 | Həyat Tərzi | Baxış sayı: 525
Erməni qəssablar - bir azdan əti ilk yeyenlərin ermənilər olduğunu iddia edəcəklər
Erməni qəssablar - bir azdan əti ilk yeyenlərin ermənilər olduğunu iddia edəcəklər

Cənubi Qafqaz qonşularımız gecə-gündüz baş sındırırlar

Sən demə, bəşəriyyətin icad etdiyi hər şeyi ermənilər fikirləşib. Məsələn, götürək, barıtı - elə bilirsiniz onu çinlilər icad ediblər? Yox onu ermənilər, daha doğrusu, Çin erməniləri icad ediblər.

“Erməni lavaşı”, “erməni dolması”, “erməni xaşı”, “erməni əriyi”, hətta “erməni narı” kimi uydurmalar barədə oxuduqdan sonra adam az qalır bu qənaətə gəlsin.

Amma bizim qonşular dayanmırldar, gecə-gündüz baş sındırırlar ki, daha nəyin ermənilərə məxsus olduğunu iddia etsinlər. Tapırlar da!!!  Nəyisə oğurlamaq və öz adına çıxmaq məsələsində ermənilərin tayı bərabəri yoxdur. Bu yaxınlarda bəyan ediblər ki, ermənilər hətta pelmeni də icad ediblər. Fotoda bunu göstəriblər.

Erməni pelmeni iddiası
Erməni pelmeni iddiası

Fotodakı bu məhsulun istehsalçıları hesab edirlər ki, dünyanın ən qədim xalqı olan ermənilər (dinozavrlar daha sonra yaranıb) bu yeməyi icad ediblər, amma nədənsə bu Sibir yeməyi sayılır, adı da nədənsə fin-uqor dillərindən götürülüb və çörək qulağı mənasını verir.

Ermənilər bu «ədalətsizliyə» dözməyiblər və bərpa ediblər. İndi hamı gözləyir ki, daha hansı kulinar məmulatı və ya başqa bir icadı bizim Cənubi Qafqaz qonşularımız öz adlarına çıxacaqlar. Tezliklə bunu görəcəyik.