"Uber"in ən böyük rəqibi beynəlxalq bazara çıxır

15 Yanvar, 2017 14:39 | Həyat Tərzi | Baxış sayı: 72
"Uber"ə rəqib gəlir
"Uber"ə rəqib gəlir

Gələn həftədən başlayaraq Asiya ölkələrindən olan istifadəçilər ABŞ-da taksi sifariş etmək üçün Lyft tətbiqini yükləməli olacaqlar

ABŞ-ın ikinci ən böyük taksi servisi olan Lyft, beynəlxalq bazarda Uber ilə rəqabətə girməyə hazırlaşır.

Məlumata əsasən Lyft-in beynəlxalq bazara çıxmaq arzusu bu il baş tutacaq. İstiPres "CNBC" kanalına istinadən xəbər verir ki, servisin təmsilçiləri sözügedən məlumata fikir bildirməkdən imtina ediblər. Hal-hazırda Lyft, ABŞ-dan kənarda Uber ilə yalnız yerli tərəfdaşlar vasitəsilə rəqabət aparır. Keçən ilin Dekabr ayında servis, Didi Chuxing (Çin), Ola (Hndistan) və GrabTaxi (Cənub-şərqi Asiya) taksi servisləri ilə əməkdaşlıq bağlayıb. 

Lyft təmsilçiləri bldiriblər ki, beynəlxalq tərəfdaşlar sayəsində onlar, servis təqdimatını daha fərqli şəkildə etmək istəyirlər. Gələn həftədən başlayaraq Asiya ölkələrindən olan istifadəçilər ABŞ-da taksi sifariş etmək üçün Lyft tətbiqini yükləməli olacaqlar. Məlumata əsasən bu dəyişiklik vaitəsilə səyahətçilər, tətbiqin əlavə funksiyalarından istifadə edə və taksi sifarişi prosesini sürətlə həyata keçirə bləcəklər.