Nokia 8 - in ilk görüntüsü yayıldı VİDEO

15 Yanvar, 2017 13:54 | Həyat Tərzi | Baxış sayı: 210
Nokia 8
Nokia 8

Telefonun MWC 2017 tədbirində anons olunacağı gözlənilirdi

Hələki rəsmi təqdim olunmayan Nokia 8 modelinin ilk videoları yayılıb. Sözügedən modelin, MWC 2017 tədbirində anons olunacağı gözlənilir. Lakin bunun əvəzinə CES 2017-də Nokia 6 cihazı təqdim olunmuşdu. O, flaqman hesab olunmasa da diqqətləri cəlb edə bildi.

Həmin smartfon hələ ki Çin bazarı üçün nəzərdə tutulub. Digər adı Nokia Supreme olan Nokia 8 modeli daha maraqlı olmağa iddialıdır. Smartfon iki versiyada təqdim olunacaq. Məlumata əsasən Nokia 8-in əsas versiyası ya 64 yaxud da 128 GB daxili yaddaşa (microSD dəstəkli) sahib olacaq. Smartfonun sahib olacağı 24 MP-lik arxa kamera isə elektron və optik stabilizasiya xüsusiyyətini özündə birləşdirəcək. Ön kamera isə 12 MP olacaq.

Nokia 8 - in görüntüsü yayıldı