Planetin ən seksual kişisi seçildi FOTO

14 Noyabr, 2019 11:33 | Həyat Tərzi | Baxış sayı: 210
Con Lecend
Con Lecend

O, ən romantik hitin müəllifidir

"Planetin ən seksual" kişisi adı artıq Hollivud ulduzlarının nəzarətindən çıxır. Bu il "People" jurnalı ənənəvi sorğusunun qalibinin adını açıqlayıb. Bu ada dünyadakı ən romantik hitin - "All of Me"nin müəllifi, model Krissi Teyqenin həyat yoldaşı olan Con Lecend layiq görülüb. 

40 yaşlı Lecend 10 dəfə "Qremmi" mükafatı sahibi olub. İfaçını klassik Hollivud yaraşıqlısı adlandırılan tiplərə aid etmək olmaz. Onun özü də ötən ilki qalib, britaniyalı aktyor İdris Elbedən sonra bu yerə seçilməsini ədalətsiz hesab edir.