Sezar salatı: tarix və orijinal resept

14 Oktyabr, 2016 11:12 | Həyat Tərzi | Baxış sayı: 24
Sezar salatı
Sezar salatı

Sous satışı Kardini ailəsini milyonçuya çevirir

İlk olaraq Sezar salatının dadına Roma imperatorları deyil, Hollivud ulduzları baxıblar. Meksikada italiyalı tərəfindən kəşf edilən salatı amerikalılar o qədər bəyənib ki, onu dünyaca məşhur ediblər.

Reseptin müəllifi

Sezar Kardini (1896-1956) əslən Şimali italiyalı olub, 1916-cı ildə iki qardaşı ilə birgə ABŞ-a köçüb. Əvvəlcə, o, Sakramento və San-Dieqoda restoran açsa da, qüvvədə olan alkoqollu içkilərin satılması və içilməsini qadağan edən “quru qanuna” görə Meksikaya köçməli olub.Beləliklə, Tihuanada “Caesar’s Place” restoranı açılıb.

“Quru qanun”un ləğv edilməsindən sonra Kardini ABŞ-a qayıdıb və Los-Ancelesdə restoran açıb. Elə həmin vaxt Sezar Kardini özünün hazırladığı sousun satışına başlayıb. Əvvəlcə, o, həmin sousu yerli bazarda əldən satır, daha sonra isə sous xüsusi qablaşdırmada satılmağa başlayır. Zamanla sous satışı Kardini ailəsini milyonçuya çevirir.

 

Salatın kəşf olunma tarixi

Sezar Kardininin qızı Roza Kardininin sözlərinə görə, salat 4 iyul 1924-cü ildə kəşf olunub. Həmin gün ABŞ Müstəqillik günündə Hollivud ulduzları bayramı qeyd etmək üçün Meksika sərhədini keçiblər. O zaman ABŞ ərazisində “quru qanun” var idi və alkoqollu içki sevənlər məcburən sərhədi keçməli və ya qeyri-qanuni yolla içki əldə edə bilərdilər.

Tarix

Bir çox məşhur yeməklər kimi “Sezar” da “tez-bazar” hazırlanan bir salat olub. Deyilənə görə, Sezarın restoranında kifayət qədər içki olub, amma qonaqların sayı çox olduğundan yemək hamıya çatmayıb. Qonaqları yedizdirmək üçün restoran sahibi romano salatı, qaynadılmış yumurta, pendir və qurudulmuş çörək dilimlərini qarışdırıb üzərinə zeytun yağı, limon suyu və vusterşir sousundan ibarət qarışığı tökərək salat hazırlayıb. Toyuq, krevet və ançouslar salatın tərkibinə sonradan əlavə olunub. Orijinal reseptə ançousların əlavə edilməsi ideyasını Sezarı qardaşı Aleks Kardiniyə aid edirlər.

Resept:

2 porsiya üçün:

  •  100 ml Sezar sousu
  • 100 q çerri pomidoru
  • 1 ç.q rəndələnmiş parmezan
  • 1 ç.q bitki yağı
  • 10 q latuk salatı
  • 2 qaynadılmış və paşot üsulu ilə hazırlanmış yumurta
  • 100 q qızardlmış toyuq filesi
  • Bəzək üçün göyərti
  • Qurudulmuş çörk dilimləri

 

Sezar sousu üçün

  • 4 x.q bitki yağı
  • 100 q. öz yağında ançous
  • 1 x.q vurşerster sousu
  • 1 x.q soy sousu
  • 1 ç.q dijon xardalı
  • 2 yumurta
  • 1 ç.q limon şirəsi
  • 2 x.q rəndələnmiş parmezan
  • 1 ç.q qaşığı xardal
  • 1-2 diş sarımsaq
  • 1 x.q zeytun yağı

 

Hazırlanma qaydası

  1. Bütün ərzaqları qarışdırıb Sezar sousu hazırlayın.
  2. Digər qabda latuk salatı, çerri pomidorlarını Sezar sousu ilə qarışdırmaq.
  3. Salatı boşqablara qoyub, parmezan, göyərti, qızardılmış toyuz əti, çörək qırıntıları və yumurtanı əlavə edin.