Sement almaq istəyirsən? Nikah haqqında sənəd gətir

14 Sentyabr, 2019 11:07 | Həyat Tərzi | Baxış sayı: 327
Sement
Sement

Ya da 4 dəfə baha qiymətə al

Türkmənistanda "Türkmənsement"in istehsalı olan sement almaq üçün boşanma və ya nikah haqqında şəhadətnamə göstərmək lazım gələcək. Lebapski vilayətində belə qərara gəliblər.

Ailə vəziyyəti haqqında sənəddən əlavə alıcı yaşayış yerindən zəmanət məktubu, yerli memarlıq idarəsindən tikinti üçün yerin ayrılması barədə sənəddə aparmalıdır.  Onlar hesab edirlər ki, məhz bu bu sənədlər insanın doğurdan da nəisə tikmək istədiyini sübut edir. Əks halda sement satılmayacaq. 

Maraqlıdır ki, sənədləri verənlər də tikinti materialını həmin an almayacaqlar. Onlar növbəyə yazılacaq. Məsələ ondadır ki, "Türkmənsement" mağazaya az məhsul gətirir, bunun üçün də alıcılar gözləməlidirlər. 

Sementi özəl  yerlərdən də almaq olar. Amma bir kisə üçün 28 manat (8 dollar) yox, 120 manat (34 dollar) ödəməklə.