8 nəvəsi olan nənə hamilədir - dördəmləri olacaq

14 Sentyabr, 2018 14:02 | Həyat Tərzi | Baxış sayı: 253
Hamilə nənə
Hamilə nənə

50 yaşlı britaniyalı qadının övladlarının üçü qız, biri isə oğlandır

Səkkiz nəvəsi olan 50 yaşlı qadın hamilədir. Treysi Britten adlı ingilis qadın eyni anda 4 uşaq anası olacaq. Məlumata görə, qadın yenidən ana ola bilmək üçün süni mayalanmadan istifadə edib. Onun bətninə yerləşdirilən 4 dölün hamısı inkişaf edib.

Hazırda qadın hamiləliyin 25-ci həftəsindədir. Uşaqlar 7 həftədən sonra qeysəriyyə kəsiyi ilə dünyaya gələcəklər. 

Britten və həyat yoldaşı Stivenin 3 qızı, 1 oğlu olacaq. 

Xatırladaq ki, qadının ilk evliliyindən 3 övladı var. Onun böyük övladları ailəlidirlər və övladları var. Treysi ilk ərindən 2003-cü ildə ayrılıb. İki il sonra isə o Stivenlə ailə qurub.

Bundan sonra o hər il hamilə qalmağa qərar versə də bu arzusunu reallaşdıra bilmirdi.