Ən qoca panda öldü

14 Sentyabr, 2017 13:11 | Həyat Tərzi | Baxış sayı: 87
Panda
Panda

Onun 37 yaşı olub

Çində dünyanın ən yaşlı pandası öldü. İstiPress-in Vesti-yə istinadla verdiyi məlumata görə, Bası adlı pandanın 37 yaşı olub. İnsan həyatı ilə ekvalentdə isə bu 100 ilə bərabərdir. 

Nəsli tükənməkdə olan Bası Fuçjou şəhərindəki pandaları araşdırma mərkəzində keçinib. Ölümə səbəb isə yaşlılıqla bağlı yaranmış xəstəliklər, böyrəklərin fəaliyyətini dayandırması olub. 

Bası vəhşi təbiətdə 1980-cı ildə anadan olmuşdu. Dörd yaşaında o çaya düşüb. Yerli sakinlər tərəfindən xilas edilib və adıçəkilən mərkəzə göndərilib.  

Avqust ayında o dünyada yaşayan ən uzunömürlü panda kimi Ginnesin rekordlar kitabına düşmüşdü. 

Hazırda dünyada yaşayan bu qeyri-adi heyvanların sayı 2 minə yaxındır. Onlardan təqribə 400-ü qoruqlarda, araşdırma mərkəzlərində yaşayır. Təbi şəraitdə bu heyvanların ömrü 15-20 ildir.