Xərçəngə qarşı ən güclü qan qrupu

14 Avqust, 2019 13:53 | Həyat Tərzi | Baxış sayı: 574
Qan qrupu
Qan qrupu

Qan qrupu ilə xəstəlik arasındakı əlaqəni isveçli alimlər araşdırıblar

İsveçli alimlər hər il milyonlarla insanın həyatına son qoyan xərçəng xəstəliyi ilə bağlı daha bir araşdırma aparıblar. Onlar xəstəliyə qarşı ən güclü qan qrupunu müəyyən ediblər. 

Karolinska İnstitutunun elm adamları qan qrupu ilə xərçəngə yoluxma ehtimalı arasındakı əlaqəni araşdırıblar və bu əlaqənin mövcud olması qənaətinə gəliblər.  

Onlar belə düşünürlər ki, O qan qrupuna məxsus olan insanlar xəstəlikdən daha yaxşı qorunurlar və daha dözümlüdürlər. 

Araşdırma çərcivəsində 35 il boyunca müayinə edilən yüz minlərlə insanın nəticələri qiymətləndirilib. Onların sözlərinə görə, A qan qrupunda sahib insanların mədə xərçəngi riski yüksəkdir.  

Qan qrupu B və AB olanlarda isə mədəaltı vəz şişləri daha tez-tez görünə bilər.