Məhərrəm ayı nə vaxt başlayır?

14 Avqust, 2019 09:47 | Həyat Tərzi | Baxış sayı: 34910
Məhərrəm ayı
Məhərrəm ayı

Aşura günü və Səfər ayının da tarixləri açıqlanıb

Məhərrəm ayının başlanacağı tarix açıqlanıb. Hicri təqvimi üzrə 1441-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə təsadüf edəcək. Məhərrəm ayının 10-cu günü, yəni Aşura sentyabrın 10-dur.

Aşura günü paytaxt və bölgə məscidlərində qanvermə aksiyası keçiriləcək.

Sentyabrın 29-da Məhərrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı bir ay davam edəcək. 

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bildirib ki, Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir.