Oğul atasını 88 minlik BMW-də basdırdı FOTO

14 İyun, 2018 11:37 | Həyat Tərzi | Baxış sayı: 231
Maşında dəfn
Maşında dəfn

Milyonçu övlad atasına verdiyi sözü tutub

Nigeriyada qəribə hadisə baş verib. Oğul dünyasını dəyişən atasını avtomobillə birlikdə dəfn edib. Həm də 88 min dollar qiyməti olan BMW-də. 

Azubuika adlı milyonçu nigeriyalı bu yolla atası qarşısında borcunu ödəmək istəyib. Belə ki, o illər öncə atasına çox sürətli maşını olacağı barədə söz verib. Lakin sağlığında onun bu vədi yerinə yetirmək imkanı olmayıb. Atasının ölümündən sonra o, alman brendinin salonundan yeni BMW X6 alıb və ondan tabut kimi istifadə edib. Ən qəribəsi odur ki, maşın peyk naviqasiya sistemi ilə təhciz edilib.

Böyük maşında dəfn edilən kişinin qəbrini qazmaq üçün isə bütün kəndin xidmətindən istifadə etmək lazım gəlib.

Xatırladaq ki, bu maşının tabut kimi istifadə edilməsi ilə bağlı ilk hal deyil. Belə ki, qısa müddət öncə Çinin Baodin şəhərində də bir gənc atasını çox sevdiyi "Hyundai Sonata"sı ilə dəfn etmişdi. 

Hindistanda isə öz vəsiyyətinə uyğun olaraq 64 yaşlı fermer 15 yaşında aldığı sevimli "Morris Minor" markalı maşınında basdırılmışdı.