Kişilər üçün heçnəsiz pencək - 1095 dollara

14 İyun, 2018 12:22 | Həyat Tərzi | Baxış sayı: 122
Skelet köynək
Skelet köynək

Onun ancaq qolları, boynu və düymələri var

Modelyerlər dəb aləmində hər gün yeniliklər edirlər. Klassik qadın və kişi geyimləri ən ağlasığmaz formada təqdim edilir. İstiPress-in məlumatına görə, bu dəfə Fransada "Maison Margiela" modalar evi yeni model kişi köynəyi hazırlayıb. 

Klassik köynəkdən yeni geyimdə ancaq konturları var. Yəni onun boynu, qolları və düymələr olan nazir bir qatı var. 

"White Skeleton Shell Shirt" (Ağ skelet köynək) 100 faiz pambıqdandır. İsti yay günlərində sərinləmək üçün ən yaxşı geyimi iki varianta istifadə etmək olar. Ya çılpaq bədənə, ya da hər hansı qolu qısa idman köynəyinin üstündən. Onun qiyməti isə dodaq uçuqladır - düz 1095 dollar.