Fitrə zəkatı nə qədərdir?

14 İyun, 2018 14:20 | Həyat Tərzi | Baxış sayı: 522
Fitrə zəkatı
Fitrə zəkatı

QMİ-dən zəkat tövsiyyəsi

Sabah müsəlman dünyası müqəddəs bayramlarından birini - Ramazanı qeyd edəcək. Ramazanda oruc tutmaqla yanaşı mühüm əməllərdən biri də zəkatın verilməsidir. Bəs bu il fitrə zəkatı nə qədər olacaq?

Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür.

Fitrə canın sədəqəsi sayılır və imkanı olan müsəlman ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyaclı ailələrə verməyə mükəlləfdir.

Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

Xatırladaq ki, bu il Ramazan bayramı iyunun 15-nə təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) İstiPress-ə verilən məlumata görə, bayram namazı iyunun 15-də səhər saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.