Yerdə son 2 ilin ən güclü maqnit qasırğası başladı

14 May, 2019 16:58 | Həyat Tərzi | Baxış sayı: 111
maqnit qasırğası
maqnit qasırğası

Buna səbəb Günəşdəki fəallıqdır

Yerdə son 1,5-2 ilin ən güclü geomaqnit qasırğası başlayıb. İstiPress-in məlumatına görə, bunu Rusiyanın Günəş rentgen astronomiyası labaratoriyasının baş elmi işçisi Sergey Boqaçov deyib. Onun sözlərinə görə, bu qasırğa Günəşin səhtindəki fəallıqla bağlıdır. 

"Bu hadisə qütb parıltısı, radioəlaqədə problemlər, əzginlik yarada bilər. Bu beşballıq şkala üzrə 3-cü səviyyədir. Beşinci səviyyəyə çox nadir hallarda  10-20 ildən bir rast gəlinir".

Günəşdə fəallıq bu gün səhər saatlarından başlayıb. Maqnit sahəsinin gecədən tez normallaşması gözlənilmir.